- Keşbek yalnız ABB mobile tətbiqi istifadəçisi olan kart sahiblərinə şamil olunur.
- “Faydalı keşbek” paketləri üzrə ay ərzində qazanıla biləcək maksimal məbləğ 100 manatdan 300 (üç yüz) manata yüksəldildi;
- Keşbek balansı 10 AZN dən çox olduğu halda köçürmə etmək mümkündür.
- “Faydalı keşbek” paketləri üzrə ay ərzində bir kateqoriya üzrə kateqoriya faizlərinə əsasən qazanıla biləcək maksimal məbləğ 30 (otuz) manat və minimal məbləğ isə 0.01 (sıfır tam yüzdə bir) manat olaraq təyin edildi;
- Hər hansı kateqoriya üzrə müştəri maksimal keşbek məbləğini (30 AZN) qazanarsa, həmin kateqoriyanın faizindən asılı olmayaraq bundan sonrakı əməliyyatlar üzrə 1% keşbek hesablanacaq. Misal üçün: parfümeriya kateqoriyası üzrə 5% keşbek verilirsə, müştəri yeni şərtə əsasən maksimum 30 AZN keşbek qazandıqdan sonra kateqoriyanın faiz dərəcəsi 5%-dən 1%-ə düşəcək. Və müştəri 300 AZN-dək keşbek qazanmağa davam edəcək;
- Qazanılmış keşbek vəsaitlərinin, balans 10 (on) manat olduqdan sonra, müştərinin özünə məxsus ABB-dən kartlarına köçürülməsi 100 manatdan 150 manata yüksəldildi.
- Azercell Co-Brand, ABB Miles və Biznes kartlar istisna olmaqla, bütün kartlara Faydalı keşbək hesablanacaqdır.