Seyfin təhlükəsizliyi necə təmin olunur?
Depozit seyfləri bankın xüsusi təhlükəsizlik sistemləri ilə təchiz edilmiş otaqlarda yerləşir.
Depozit seyfləri iki qıfıl və iki açar ilə təmin olunur. Hər iki qıfıl və hər iki açar biri-birindən fərqlənir.
Seyf yalnız hər iki açarın bir yerdə istifadəsi nəticəsində açıla və bağlana bilər. Açarın biri müştəridə, digəri isə filialın kassasında saxlanılır.
Seyfin açarını itirdikdə nə etmək lazımdır?
Depozit seyfinin açarını itirdikdə müştəri filiala ərizə ilə müraciət etməlidir. Yeni qıfılın və açarların hazırlanması və bununla bağlı yaranan xərclər müştəridən tutulacaq.
Digər şəxslər seyfdən istifadə edə bilər?
Müştəri digər şəxslərə depozit seyfindən istifadə etmək hüququnu notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında verə bilər.