Dəstək

Əmanətlərin sığortalanması

Sığortalı əmanət ilə vəsaitiniz daha güvənli olur.

Hansı əmanətlər sığortalanır?

02 mart 2016-cı il tarixindən əvvəl: məbləği 30 000 manatadək - illik faiz dərəcəsi milli valyutada 15 %-dək, xarici valyutada 12%-dək olan əmanətlər sığortalanır.

02 mart 2016-cı il tarixindən 01 iyul 2019-cu il tarixədək: illik faiz dərəcəsi xarici valyutada 3%-dək və milli valyutada – 15%-dək olan əmanətlər tam şəkildə sığortalanır.

01 iyul 2019-cu il tarixindən 01 iyun 2020-ci il tarixindək: illik faiz dərəcəsi xarici valyutada 2.5%-dək və milli valyutada – 10%-dək olan əmanətlər tam şəkildə sığortalanır.

01 iyun 2020-ci il tarixindən: illik faiz dərəcəsi xarici valyutada 2.5%-dək və milli valyutada – 12%-dək olan əmanətlər tam şəkildə sığortalanır.

18 dekabr 2020-ci il tarixində qüvvəyə minmiş müvafiq qanunvericiliyə əsasən, 05 aprel 2021-ci il tarixindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərtilə) kompensasiya ödənilir.

Sizin 02 mart 2016-cı il tarixədək ABB-də yerləşdirdiyiniz və illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təyin olunan faiz dərəcəsindən yuxarı olan əmanət müqavilələrinə müvafiq dəyişiklik edilərək faiz dərəcəsini Fond tərəfindən təyin olunan həddə azaldaraq əmanətinizin tam həcmdə sığortalanması mümkündür. Bank Sizə müraciət etdiyiniz günədək hesablanmış faizləri ödəyir, Sizinlə mövcud əmanət müqaviləsinə bankın qüvvədə olan faiz dərəcələrinə uyğun, lakin ABŞ dollarında 2.5%-dən, manatda 10%-dən yuxarı olmamaq şərti ilə əlavə bağlanılır.

1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dan 12%-dək qaldırılmışdır, xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 2,5% təşkil etmişdir.

Bu sualınıza cavab verdi?
😞
😐
😁