Dəstək

Komissiyalar

Alış zamanı komissiya məbləği tutulur.

Alış

Qiymətli kağızın alışı zamanı hesablanmış komissiya investisiya hesabınızda olan pul vəsaitindən akseptsiz (avtomatik) qaydada silinir. Əgər alış əməliyyatı zamanı investisiya hesabınızda olan pul vəsaitləri hesablanmış komissiya və alış məbləğinin cəminin ödənilməsi üçün kifayət etmirsə, o zaman alış sifarişinizin verilməsinə məhdudiyyət qoyulacaqdır (sifarişiniz qəbul edilməyəcəkdir). Bu halda alış məbləğini azaldaraq və ya investisiya hesabınıza əlavə pul vəsaiti köçürərək alış əməliyyatını tamamlaya bilərsiniz.

Satış

Satış əməliyyatı zamanı komissiya satış əməliyyatı nəticəsində əldə edilmiş vəsait hesabına ödəniləcəkdir. Satışdan yaranan və ya hesabınızda olan qalıq pul vəsaiti satış əməliyyatı üzrə hesablanmış komissiyanın ödənilməsi üçün kifayət etmirsə, o zaman sifarişiniz qəbul edilməyəcəkdir. Bu halda investisiya hesabınıza əlavə pul vəsaiti köçürərək satış əməliyyatını tamamlaya bilərsiniz.

“Treyder” tarif planında komissiyalar

“Treyder” tarif planı üzrə komissiyalar: Bazar dəyəri $5-dan yuxarı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar – alınan və ya satılan qiymətli kağızların dəyərinin 0,40%-i qədərdir. Əgər bu qaydada hesablanmış komissiya $1-dan azdırsa, o zaman komissiya $1, əgər hesablanmış komissiya $100-dan çoxdursa, o zaman komissiya $100 tətbiq ediləcəkdir. Bazar dəyəri $5-dan aşağı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar – alınan və ya satılan hər bir qiymətli kağıza görə $0,02. Əgər bu qaydada hesablanmış komissiya $0,30-dan azdırsa, o zaman komissiya $0,30 olacaq və investisiya hesabınızda olan pul vəsaitindən çıxılacaqdır. Bu cür qiymətli kağızlar üzrə komissiyanın maksimal həddi məhdudlaşdırılmır.

“İnvestor” tarif planında komissiyalar

“İnvestor” tarif planı üzrə komissiyalar: Bazar dəyəri $5-dan yuxarı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar – alınan və ya satılan qiymətli kağızların dəyərinin 0,25%-i qədərdir. Əgər bu qaydada hesablanmış komissiya $3-dan azdırsa, o zaman komissiya $3, əgər hesablanmış komissiya $25-dan çoxdursa, o zaman komissiya $25 tətbiq ediləcəkdir. Bazar dəyəri $5-dan aşağı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar – alınan və ya satılan hər bir qiymətli kağıza görə $0,02. Əgər bu qaydada hesablanmış komissiya $0,30-dan azdırsa, o zaman komissiya $0,30 olacaq və investisiya hesabınızda olan pul vəsaitindən çıxılacaqdır. Bu cür qiymətli kağızlar üzrə komissiyanın maksimal həddi məhdudlaşdırılmır.

Bu sualınıza cavab verdi?
😞
😐
😁