Ləğv olunma
Vəsaitin məxarici ləğv edilə bilməz. Lakin köçürmə üzrə komissiya olmadığı üçün hesabınızda əks olunan kimi onu məxaric edə bilərsiniz.
Nə qədər məxaric edə bilərəm?
Balansınızdakı “Məxaraic üçün” bölməsi Sizə məxaric edə biləcəyiniz maksimum məbləği göstərir (çıxarma 2-3 iş günü çəkə bilər). Nəzərə alın ki, investisiya hesabınıza daxil olan məbləğ 2-3 iş günü ərzində “Məxaric üçün”də əks olunmayacaq.
Eyni zamanda, qiymətli kağızların satışından sonra bu vəsaiti məxaric etməzdən əvvəl Siz ödəniş (hesablaşma) etməlisiniz ki, adətən bu, 2 iş günü çəkir. Ödənişdən sonra üçüncü gündə məbləğ məxaric edilə bilən mövcud məbləğ kimi göstərir. Bununla belə, səhmlərin satışından əldə edilən gəliri hesablaşmadan əvvəl yeni səhmlər almaq üçün istifadə edə bilərsiniz.
Pulumu necə məxaric edə bilərəm?
İnvestisiya hesabınızda olan pul vəsaiti iki hissəyə bölünür: ticarət üçün balans və məxaric üçün balans. Siz yalnız məxaric üçün balansda əks olunan pul vəsaitlərini ABB Bank-da olan bank hesablarına (kart hesabı və ya cari hesab) köçürə bilərsiniz. Əgər siz pul vəsaitlərini AZN və ya digər valyutada olan bank hesabınıza köçürmək istəyirsinizsə, köçürüləcək məbləğ avtomatik olaraq müvafiq valyutaya konvertasiya ediləcəkdir. İnvestisiya hesabından məxaric etdiyiniz pul vəsaiti dərhal sizin bank hesabınızda əks olunacaq.
Məxaric limitləri
İnvestisiya hesabınızdan məxaric edilən pul vəsaitinin yuxarı həddi gündəlik 50 000 manat və ya bu məbləğin xarici valyutada ekvivalenti, aylıq isə 150 000 manat və ya bu məbləğin xarici valyutada ekvivalenti qədər məhdudlaşdırılır.
Satış əməliyyatından əldə olunan vəsaitin məxarici
İnvestisiya hesabınızdan olan qiymətli kağızların satışından əldə olunan pul vəsaitləri dərhal sizin investisiya hesabınızın “ticarət balansı”nda əks olunur. Bu vəsaitlər satış əməliyyatı həyata keçirildikdən təxminən 2 iş günü ərzində “məxaric balansı”nda əks olunur və bu andan sonra məxaric edilə bilər.