Necə mədaxil edə bilərəm?
ABB Mobile tətbiqi vasitəsi ilə ABB Bank-da olan bank hesablarınızdan (kart və ya cari hesab) investisiya hesabınıza asanlıqla pul vəsaiti köçürə bilərsiniz. Qeyd edək ki, AZN və ya digər valyutada olan hesabınızdan köçürülən pul avtomatik olaraq ABŞ dollarına konvertasiya edilir və investisiya hesabınıza ABŞ dollarında mədaxil edilir. Köçürdüyünüz pul vəsaiti dərhal investisiya hesabınızda əks olunacaq.
Mədaxil nə vaxt balansda əks olunur?
Standart olaraq, mədaxil etdiyiniz məbləğ mədaxilin edildiyi gün aktiv balansda əks olunacaq. Bununla belə, bəzi hallarda məbləğin investisiya hesabında əks olunması bir iş gününə qədər çəkə bilər.
Nəzərə alın ki, siz bu məbləğlə səhmləri ala bilməyəcəksiniz və ya həmin məbləğ investisiya hesabınızda əks olunana qədər həmin məbləği yenidən bank hesabınıza köçürə bilməyəcəksiniz.