“Fayda Max” müştərilərin mərhələləri tamamlayaraq dəyərli mükafatlar qazana biləcəyi loyallıq proqramıdır.
Necə qoşula bilərəm?
“Fayda Max”-a qoşulmaq üçün ilk öncə müştərinin ABB mobil tətbiqi olmalıdır.
1. ABB Mobile-da “Sənə özəl” bölməsindən keçid edərkən, “Fayda Max”-la bağlı "Aktivləşdirin" banerini görəcəksiniz.
2. "Aktivləşdirin" düyməsinə klik edərək, ilk öncə qazana biləcəyiniz mükafatlarla ümumi tanış olursunuz və daha sonra Aktivləşdirin düyməsinə klik edərək oyuna qoşulur.
3. Aktivləşdirmə bir dəfə baş verir, hər ay aktivləşdirməyə ehtiyac yoxdur.
Hədəflər və mükafatlar
3 hədəf mövcuddur: "Qızıl"🥇, "Gümüş"🥈 və "Bürünc"🥉
1.Mükafatlar mərhələdən aslı olaraq dəyişir.
2.Bürünc mərhələ üzrə 2, Gümüş mərhələ üzrə 2, Qızıl mərhələ üzrə isə 4 mükafat təqdim olunur.
3.Müştəri cari ay ərzində tamamladığı mərhələyə uyğun mükafatlardan növbəti ay yararlana bilir. Məsələn, mart ayında bürünc tamamlandısa, aprel ayının 1-dən mükafatlar aktiv edilir.
4.Mükafatlar hər ay yenilənə və ya dəyişə bilər.
Qeydlər
1.Hər hansı mərhələni tamamlamaq üçün göstərilən 3 hədəfdən 2-sinə çatmalısınız.
2.Hər ayın əvvəli irəliləyiş sıfırlanır və yenidən hədəflərə çataraq mərhələləri tamamlamağa başlayırsınız.
3.Bir ay ərzində hər 3 mərhələni tamamlamaq mümkündür.
4.Ay ərzində qazandığınız mükafatlar növbəti ayın 1-dən etibarən aktivləşəcək.
5.Müştəri ekstra keşbek mükafatını qazanırsa, qazandığı Faydalı keşbek faizi mərhələdən asılı olaraq qeyd olunmuş mislə vurulacaq.